"Yandex" axtarış sisteminin istehsalçıları 1 aprel - Ümumdünya gülüş gününü xüsusi tərzdə qeyd etməyə qərar verib. Belə ki, sistemin əsas səhifəsində 1-dən 5-ə qədər virtual milçəklər hərəkət edib. İstifadəçilərə milçək öldürən və ya başmaq vasitəsilə onları öldürmək də təklif olunub.
Bu proses həm də mini-oyun formasında reallaşdırılıb. İstifadəçinin bütün milçəkləri öldürməyə sərf etdiyi vaxt hesablanıb və onlara öz rekord nəticələrini sosial şəbəkələrdə paylaşmaq imkanı verilib.
Qeyd edək ki, gülüş günü dünyada XVI əsrdən qeyd edilməyə başlanılıb. Bu bayramda insanlar kütləvi şəkildə müxtəlif oyunlar keçirir, insanlar öz dost-tanışları ilə zarafatlaşırlar. Son vaxtlar müxtəlif əyləncə saytları və kütləvi informasiya vasitələri də 1 aprel gününü fəal şəkildə qeyd edirlər.