Ötən gün Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə 5921 inzibati xəta aşkar edilib

1 Aprel 2014 12:46 (UTC+04:00)

Ötən gün Azərbaycanda yol patrul xidməti əməkdaşları tərəfindən yol hərəkəti qaydaları əleyhinə 5921 inzibati xəta aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, martın 31-də yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə 72, avtomobildə sürücünün görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlıqların quraşdırılmasına görə 7 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Ötən gün avtomatik rejimdə işləyən nəzarət cihazları vasitəsilə sürət həddini aşdıqlarına görə sürücülərin iştirakı olmadan 2160 elektron protokol tərtib edilib.