Putin Türkiyənin baş nazirini təbrik edib

31 Mart 2014 22:35 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı partiyasının bələdiyyə seçkilərində qələbəsi münasibətilə telefonla təbrik edib.

Putin Ərdoğanı martın 30-da keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının nümayiş etdirmiş müvəffəqiyyətlə təbrik edib, onların nəticələrindən razı qalıb, baş nazirə gələcəkdə də uğurlar arzulayıb.