Emil Bədəlov gələn ay "Çərpələng" uçurdacaq

31 Mart 2014 14:59 (UTC+04:00)

Müğənni Emil Bədəlov yaradıcılığında yenilik edəcək. Bu haqda ifaçı SİA-ya danışaraq yeni mahnı üzərində çalışdığını deyib: "Yaz mövsümü başlayanda bir az tənbəlləşirəm. Ancaq qısa zaman ərzində yeni bəstəm işıq üzü görəcək. Sözügedən mahnının musiqisi Hacı Nazimə, sözləri Günel Əsgərovaya aiddir. Hələlik bəstə üzərində işlər gedir. Ona görə də adını açıqlaya bilməyəcəm".

O həmçinin qeyd edib ki, aprel ayında "Çərpələng" adlı yeni albomu da işıq üzü görəcək".