Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə VI milli uşaq kitabı sərgisi açılacaq. SİA-nın məlumatına görə, Respublika Uşaq Kitabxanası hər il 2 aprel gününü qeyd edir. Məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaqdır.
Qeyd edək ki, aprelin 5-dək davam edəcək sərgidə son vaxtlar Azərbaycan nəşriyyatları tərəfindən nəşr edilmiş uşaq ədəbiyyatı nümayiş olunacaq.