Türkiyədə seçkilər insidentsiz ötüşmədi ölənlər var

30 Mart 2014 16:48 (UTC+04:00)

Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri insidentsiz ötüşməyib.

SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Şanlıurfa, Hatay və Qaziantəp rayonlarında bələdiyyə seçkiləri zamanı qan tökülüb, ölən və yaralananlar var.

Balıkəsirdə isə AKP-nin seçki ilə bağlı hazırlanmış avtobusunun qapısından yıxılan 53 yaşlı Emel İnceoğlu dünyasını dəyişib.