Çin reytinq cədvəlində birinci yeri tutub. Kino tarixində ilk dəfə kinoprokat bir ölkənin ərazisində 3 milyard dolları ötüb.
Çinin boks-ofisi artım sürətinə görə bütün ölkələri qabaqlayıb: 27 faiz.
Beləliklə, Asiya-Sakit okean regionu kassa yığımına görə də EMEA qrupu ölkələrini (bu qrupa Avropa, Yaxın Şərq və Afrika ölkələri daxildir) geridə qoyub.
Bu siyahıda ikinci yerdə Yaponiya gəlir. 2013-cü ildə onun boks-ofisi 2,4 milyard dollar təşkil etmişdir. Yaponiyanın ardınca Böyük Britaniya (1,7 milyard), Fransa (1,6 milyard dollar), Hindistan (1,5 milyard), Şimali Koreya (1,4 milyard) və Rusiya gəlirlər.
Bu barədə məlumatı "Kinobusiness.com" portalı Amerika Kino Assosiasiyasının hesabatına istinadla yayıb.
Nəşrin yazdığına görə, ümumdünya kinoprokat kassası bir il ərzində 4 faiz artaraq 35, 9 milyard dollar təşkil edib. Həmin vəsaitin 10,9 milyard dolları ABŞ və Kanadanın, qalan 25 milyard dolları dünya bazarlarının payına düşüb.