"Maraqlı oyun alındı. AZAL bizim üçün həmişə çətin rəqib olub". Siasport.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 28-ci turunun "Sumqayıt" - AZAL matçından sonra "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov deyib. Mütəxəssis komandasına və azarkeşlərə minnətdarlığını bildirib: "Komandaya qələbəyə görə təşəkkür edirəm, sona kimi oynadılar. Azarkeşlər də bizi tək buraxmadılar, komandaya dəstək verdikəri üçün minnətdaram. Məğlub da ola bilərdik. Amma bu gün bizim qələbə istəyimiz daha çox idi".