“Azərreyl” “Telekom”dan üstün oldu

28 Mart 2014 18:27 (UTC+04:00)

Bu gün qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XIV turu çərçivəsində "Telekom" və "Azərreyl" komandaları üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində təşkil olunmuş oyunda "Azərreyl" 3:1 hesablı qələbə qazanıb. Bu qələbədən sonra "Azərreyl" 15 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Turnir cədvəlinə Çempionlar Liqası yarışlarının bürünc mükafatçısı "Rabitə" kollektivi 29 xalla liderlik edir.