Pandaların yalnız bambuk yediyini bilirsinizmi? SİA xarici mətbuata istinadən xəbər verir ki, yetkin bir panda gündə 15 kilo bambuk yer. Bu da ildə 6 ton bambuk edir.
Bu sevimli heyvanların maraqlı digər bir xüsusiyyəti də 6 barmağa sahib olmasıdir. Onlar altı barmaqla qidalarını daha möhkəm tuta bilirlər. Pandalar hər zaman soyuq və yaş mühitlərdə yaşayarlar. Onların kiçik və sevimli oyuncağa bənzəyən balaları doğularkən kor və dişsiz olur.
Sentyabr ayında doğulan panda balaların boyları 10 santimetr, ağırlıqları isə 142 qram olur. Çox tez inkişaf edib böyüyən pandalar, doğulduqları zaman analarından 800 dəfə kiçik olurlar. Normal insanlar yalnız 6 yaşlarında 27 kiloqram ola bilirlər. Pandalar isə bu çəkiyə 9 aylıq olarkən sahib olurlar.