Avropa İttifaqının əsas enerji mənbəyi kimi Azərbaycanı seçməsi Malta üçün də müsbət məqamdır

23 Mart 2014 02:04 (UTC+04:00)

Avropa İttifaqının əsas enerji mənbəyi kimi Azərbaycanı seçməsi Malta üçün də müsbət məqamdır.

Bu sözləri Maltanın Baş naziri Cozef Muskat Brüsselə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Maltanın Baş naziri ölkəsinin iştirakçısı olduğu bir sıra enerji layihələri ilə bağlı məqamlara da toxunub. O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Maltada həyata keçirilən enerji layihələrində iştirakını yüksək qiymətləndirib.

Qeyd edək ki, "Enemalta" Korporasiyası yeni elektrik stansiyasının tikilməsi üçün "Electro Gas" Konsorsiumunu seçib. Konsorsiumun payçı şirkətlərindən biri də ARDNŞ-dır. Bu layihənin həyata keçirilməsi ilə "Enemalta" Korporasiyası 18 il müddətində elektrik enerjisi və maye qazla təchiz olunacaq.