8 aylıq körpənin çəkisi 25 kiloqrama çatıb

20 Mart 2014 17:51 (UTC+04:00)

Kolumbiyada dünyaya gələn Santiaqo adlı 8 aylıq körpənin çəkisi ölkə mediyasında günün baş xəbərinə çevrilib. Körpənin nə az, nə çox 25 kilomqram çəkisi var. Bu isə, 8 aylıq uşaqlarla müqayisədə normal çəkidən 3-4 dəfə artıqdır.

Piylənmədən əziyyət çəkən uşağın səhhəti hələlik yaxşı olsa da, həkimlər prosesin qarşısını almaq üçün ciddi dieta tədbiq etməyə başlayıblar.

Həkimlər qısa zaman ərzində körpəni 8 kiloqrama qədər arıqlatmağı qarşılarına məqsəd qoyublar.