Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində 3 qarşılaşma yekunlaşıb. Siasport.az saytının məlumatına görə, "Rəvan" "Bakı" ilə mübarizədə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb (0:1, Penaltilər seriyası 8:9). "Xəzər Lənkəran" isə "Araz Naxçıvan"ı məğlub edib (1:0). Cənub təmsilçisi kubokda yoluna davam edir. "Qarabağ" - "Qəbələ" matçı qonaqların qələbəsi ilə yekunlaşıb -1:2. "Neftçi" isə "İnter"lə münasibətlərə aydınlıq gətirəcək.
Oyunların təfərrüatlarını təqdim edirik:
19 mart
Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları
"Bakı" – "Rəvan" 0:1 (Penaltilər seriyası 8:9)
Qol: Elvin Həsənəliyev, 85
İlk oyun: 1:0
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
"Xəzər Lənkəran" – "Araz Naxçıvan" 1:0
Qol: Etame, 25
İlk oyun: 1:1
"Xəzər Lənkəran"mərkəzi şəhər stadionu.
"Qarabağ" – "Qəbələ" 1:2
Qollar: Reynaldo, 61 - Subotiç, 45, Mendi, 82
İlk oyun: 0:0
Tofiq Bəhramov adına Respublika stadionu.
"Neftçi" – "İnter"
İlk oyun: 1:1
"Bakcell Arena" stadionu