Bu gün Bakıda möhtəşəm atəşfəşanlıq olacaq ELAN

19 Mart 2014 13:45 (UTC+04:00)

Novruz bayramı ilə əlaqədar bu gün Bakıda konsert proqramı və atəşfəşanlıq olacaq. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, ilk öncə saat 18:00-dan 20:00-a qədər Milli Parkda yerləşən Saat Qülləsinin yanında konsert proqramı təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyəti şəhərimizin qonaqları və sakinlərini 20:00-da təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.