"ARM" mikroprosessoru əsasında işləyən "Cubestormer 3" robotu dünya rekordu göstərərək "kubik-rubik"i 3,253 saniyə ərzində yığıb. Əvvəlki rekord "Cubestormer 2" robotu tərəfindən təyin edilmiş və o, 5,27 saniyə olub. Müqayisə üçün "kubik-rubik"in insan tərəfindən yığılması rekordu 5,55 saniyəyə bərabərdir.
Bildirilir ki, "Cubestormer 3" robotu "ARM" şirkətinin baş mühəndisi DevidQildey və "Securi-Plex" təhlükəsizlik sistemlərinin mühəndisi MaykDobston tərəfindən asudə zamanı hazırlanıb. Yeni robot "BigBangFair 2014" sərgisində sınaqdan keçirilib.
Robot "SamsungGalaxy S4" smartfonu ilə idarə olunur və kubikin təsvirini təhlil edərək əmrləri manipulyatora ötürür.