Yeni “iPhone 5c”in təqdimatı olacaq

19 Mart 2014 02:37 (UTC+04:00)

"Apple" şirkəti bu həftə 8 qeqabayt yaddaşa malik yeni "iPhone 5c"i təqdim etmək niyyətindədir.

"iPhone 5c"in yeni modelinin dəyəri 509 avro təşkil edəcək. Bu da 16 qeqabayt yaddaşı olan "iPhone 5c"dən 60 avro ucuzdur.

Şirkətin bu addımı "iPhone"un zəif satışını yaxşılaşdırmaq kimi qiymətləndirilir. "Apple" rəhbəri Tim Kuk etiraf edib ki, smartfonun bu modelinə tələbat şirkətin gözlədiyi kimi olmayıb.