ABŞ - Azərbaycan oyununun vaxtı

14 Mart 2014 17:10 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, mayın 27-də, San-Fransisko şəhərində ABŞ və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Siasport.az saytının məlumatına görə, artıq oyunun keçiriləcəyi stadion və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. "Candlestick Park" stadionunda keçiriləcək ABŞ - Azərbaycan oyunu yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 07:00) başlayacaq.