"Əlbətdə, Əkrəm Əylisli ermənipərəstdir. Buna görə də Nobel mükafatına namizəd kimi irəli sürülməsi təklifi gündəmdədir. Yalnız ermənipərəst olduğu üçün ona belə bir mükafat verilməsi nəzərdə tutula bilər". Bu fikirləri SİA-ya açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı söyləyib.
Tənzilə Rüstəmxanlı qeyd edib ki, Əkrəm Əylisli Vətəninə, millətinə, xalqına xəyanət edib: "Bu insan türklərə, türkçülüyə, Vətəninə, xalqına xəyanət edib. Onun bu cür mükafata namizəd kimi göstərilməsi də, məhz ermənilərin istəyi ola bilər".
Cahid Süleymanov