Dünən axşam UEFA Çempionlar Liqasının 1/8 finalında "Milan" üzərində 4:1 hesablı qələbədən sonra, türkiyəli futbolçu Arda Turan İspaniya mediyasına maraqlı açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, keçmiş "Qalatasaray"lı bildirib ki, onun komandası istənilən klubu məğlub etməyə qadirdir: "Milan" kimi böyük bir klubu iki matçda da məğlub etdiyimiz üçün xoşbəxtəm. Artıq qarşıdakı oyunları fikirləşəcəyik. Bundan sonra bizi daha çətin görüşlər gözləyir. Bu turnirdə böyük uğurlar əldə edəcəyimizə inanıram. Bunun üçün çalışacağıq. Püşkatmada kimlə düşsək, ən yaxşı şəkildə oynamağa çalışacağıq. İstənilən komandanı məğlub etmək gücündəyik. Biz ən asan matçlarda belə mübarizə apararaq qələbə qazanırıq. Bu səbəbdən rəqibin kim olacağı fərq etməz". A.Turan keçmiş klubu "Qalatasaray"ın "Çelsi" ilə qarşılaşacağı oyun haqda da fikirlərini bildirib: "Ümid edirəm ki, "Qalatasaray" növbəti mərhələyə yüksələcək. Bunu bacara bilərlər. Onların "Çelsi" səddini aşacağına inanıram".