Türkiyədə general Vəli Küçük həbsdən azad edilib

11 Mart 2014 23:20 (UTC+04:00)

Türkiyədə "Ergenekon işi" çərçivəsində həbs edilmiş general Vəli Küçük həbsdən azad edilib.

SİA-nın xəbərinə görə, V. Küçükün barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı tələbi dünən rədd edilmişdi.

Məhkəmə Fuat Selvi, Serdar Öztürk və Levent Ersözün də azad edilməsinə qərar verib.