Dörd turun keçirilmə tarixi dəyişdirildi

11 Mart 2014 18:21 (UTC+04:00)

Futbol üzrə Azərbaycan A milli komandasının təlim-məşq toplanışını və 27 may 2014-cü il tarixində ABŞ milli komandası ilə keçirəcəyi yoxlama oyununu nəzərə alaraq, Topaz Premyer Liqasının təqvimində dəyişikliklər olub. Siasport.az saytı dəyişiklikləri nəzərinizə çatdırır:

1. 33-cü turun bütün oyunları 2 may 2014-cü il;

2. 34-cü turun bütün oyunları 7 may 2014-cü il;

3. 35-ci turun bütün oyunları 12 may 2014-cü il;

4. 36-cı turun bütün oyunları 17 may 2014-cü il tarixində keçiriləcək.

22-ci Azərbaycan kubokunun final oyunu isə 22 may 2014-cü il tarixində baş tutacaq.