Dünyanın ilk qadın-proqramçısı

9 Mart 2014 08:40 (UTC+04:00)

Ada Avqust Bayron-Kinq kompyuter texnikası tarixinə adını ilk qadın-proqramçı kimi yazdırıb. O, kompyuterin bir çox tətbiqi məsələlərin həlli üçün çoxfunksiyalı alət rolunu oynaya biləcəyini qabaqcadan proqnozlaşdırıb.

Tanınmış ingilis şairi Lord Bayronun qızı Ada Kinq 1842-ci ildə ixtiraçı Çarlz Bebbicin hazırladığı layihə əsasında hesablama maşınının təsvirini verməklə ilk proqramı yaradıb və bununla tarixə düşüb. Məhz o, proqram təminatı tarixində ilk dəfə proqramlaşdırmanın əsas anlayışlarını təqdim edib. Bundan başqa, hesablama texnikasından praktiki istifadənin mümkün istiqamətlərini–musiqi əsərlərinin yazılması, mürəkkəb qrafiki obyektlərin qurulması və hətta kompyuter oyunlarını proqnozlaşdırıb.

1976-cı ildə ABŞ-ın Müdafiə Nazirliyi Amerika Silahlı Qüvvələrinin vahid proqramlaşdırma dilinin adını rəsmi olaraq təsdiq edib. Planetin ilk qadın-proqramçısının şərəfinə proqramlaşdırma dili "ADA" adlandırılıb.

Ada Bayron 1852-ci il noyabrın 27-də Londonda dünyasını dəyişib.