Yahoo!” internet şirkəti öz saytlarını tədricən yeni sistemə keçirəcək

7 Mart 2014 08:50 (UTC+04:00)

"Yahoo!" internet şirkətinə məxsus xidmətlərin istifadəçiləri artıq "Google" və "Facebook" hesabları vasitəsilə onlardan istifadə edə bilməyəcəklər. Bu barədə şirkətin rəsmi nümayəndəsinin bəyanatına istinadən "Röyters" agentliyi yazıb.

Yeni sistem istifadəçilərdən internet nəhənginə məxsus xidmətlərə giriş üçün "Yahoo ID" tələb edəcək. Şirkət öz saytlarını tədricən yeni sistemə keçirəcək. Başqa xidmətlərdə yeni identifikasiya sisteminin tətbiqi müddəti hələ ki açıqlanmır, hərçənd "Yahoo!" nümayəndəsi bildirib ki, dəyişikliklər şirkətin bütün internet resurslarında tətbiq ediləcək.

2013-cü ildə "Yahoo!" şirkəti 1,37 milyard dollar məbləğində gəlir qazanıb ki, bu da 2012-ci ilin göstəriciləri ilə müqayisədə 65 faiz azdır.