Referendumda müsbət nəticə əldə olunmasa, Krım parlamenti buraxılacaq

6 Mart 2014 21:03 (UTC+04:00)

Krım Ali Şurasının deputatları region sakinlərinin martın 16-na təyin edilmiş referendumda Krımın Rusiyanın tərkibinə qatılması haqqında qərara müsbət cavab verməcəyi təqdirdə, səlahiyyətlərinə xitam verəcəklər.

SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Krım Baş nazirinin birinci müavini Rüstəm Temirqaliyev deyib.

Onun sözlərinə görə, belə olan təqdirdə, Krım parlamentinə yeni seçkilər təyin ediləcək.