Yanukoviç dövlət hakimiyyətini zorla ələ keçirməkdə təqsirləndirilir

6 Mart 2014 20:49 (UTC+04:00)

Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçi cinayət törətməkdə şübhəli bilib və ona qarşı məhkəmə öncəsi araşdırma başlanıb.

SİA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, V.Yanukoviç konstitusiya quruluşunu zorla dəyişdirmək və ya devirməyə, habelə dövlət hakimiyyətini zorla ələ keçirməyə yönəlmiş fəaliyyətdə günahkar bilinir.

Müəyyən edilib ki, V.Yanukoviç 2010-cu ildə konstitusiyadan kənar yolla ölkə konstitusiyasını dəyişib və bununla da dövlət hakimiyyətini ələ keçirib.