Dünya ictimaiyyəti Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün təcili hərəkətə keçməlidir. SİA-nın "Korrespondent"ə istinadən verdiyi məlumata görə, bunu Krım Tatarları Məclisinin sədri Refat Çubarov yerli telekanalın efirində deyib.
Onun fikrincə, Krım Ali Şurasının Rusiyanın tərkibinə daxil olmaq haqqında qərarını "ağıldankəmlər" qəbul ediblər: "Yerli referendumlar haqqında qanun yoxdur. Buna görə də məhz bu qərar cəfəngiyatdır".
R.Çubarov qeyd edib ki, Krım tatarları işğal şəraitində heç bir referendumu tanımırlar.