"Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, turnirin proqramına əsasən, çempionatın dördüncü günündə yunan-Roma güləşi üzrə 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcəsində 147 gənc pəhləvan mübarizə aparır.
Artıq finalçılar müəyyənləşib. Bu günkü final görüşləri saat 17.00-da başlayacaq. Qarşılaşcaq cütlükləri nəzərinizə çatdırırıq:
50 kq
FİNAL - Rasim Əliyev (Neftçi İSM) - Xəyyam Abdullayev (Neftçi İSM)
Bürünc medal görüşü - İmran Novruzov (Göyçay, Təhsil İC) - Mirabbas Tağıyev (Şirvan, Neftçi İSM)
Bürünc medal görüşü - Asif Əliyev (Təhsil İC) - Azər Nəsibli (Sumqayıt, Təhsil İC)
55 kq
FİNAL - Sakit Quliyev (Neftçi İSM) - Əli Məmmədov (Neftçi İSM)
Bürünc medal görüşü - Səid İbrahimov (Gömrükçü) - İbrahim Nurullayev (Cəlilabad, Gömrükçü)
Bürünc medal görüşü - Hikmət Ağayev (Neftçi İSM) - Ramiz Məmmədov (Neftçi İSM)
60 kq
FİNAL - Mikayıl Rəhmanov (Neftçi İSM) - Kərim Cəfərov (Neftçi İSM)
Bürünc medal görüşü - Orxan Eyvazov (MOİK) - Sənan Süleymanov (Neftçi İSM)
Bürünc medal görüşü - Toğrul Sabirzadə (Cəngi GK) - Murad Məmmədov (Sumqayıt, Neftçi İSM)
66 kq
FİNAL - Orxan Məmmədli (DİN İC) - Elman Muxtarov (Neftçi İSM)
Bürünc medal görüşü - Asim Məmmədov (MOİK) - Hüseyn Abbasov (Sumqayıt, Neftçi İSM)
Bürünc medal görüşü - Ruhin Mikayılov (Neftçi İSM) - Emil Abdullayev (Gəncə)
74 kq
FİNAL - Sənan Əlimirzəyev (Gömrükçü) - Vüsal Həşimov (İmişli)
Bürünc medal görüşü - İsmayıl Əliyev (Zenit İC) - Hacımurad Bağmanov (Balakən)
Bürünc medal görüşü - Təbriz Hüseynov (Neftçi İSM) - Rəcəb Qaraşov (MOİK)
84 kq
FİNAL - İslam Abbasov (Sumqayıt) - Murad Gözəlov (Şirvan, Neftçi İSM)
Bürünc medal görüşü - Elton Vəzirzadə (Spartak) - Ramil Hümbətov (Abşeron, Neftçi İSM)
Bürünc medal görüşü - Murad Kazımlı (Spartak) - Mehman Ələsgərov (6 UGGİM)
96 kq
FİNAL - Türmən Eyyubov (Neftçi İSM) - Orxan Nuriyev (Neftçi İSM)
Bürünc medal görüşü - Zamir Məhəmmədov (Atasport) - İlkin Əliyev (Pirallahı GK)
Bürünc medal görüşü - Ruslan Cuciyev (Balakən) - Adambek Şidukov (Atasport)
120 kq
FİNAL - Abbas Abdullayev (Balakən) - Hacımurad Çöpsiyev (Balakən)
Bürünc medal görüşü - Ruslan Əliyev (Pəhləvan İK) - Roman Əliyev (X.Cəfərov GK)
Bürünc medal görüşü - Əli Həsənov (Göyçay) - Məhərrəm Əliquliyev (X.Cəfərov GK)
Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.