Krım Rusiyanın tərkibinə daxil oldu

6 Mart 2014 14:24 (UTC+04:00)

Krım muxtar subyekt olaraq Rusiyanın tərkibinə daxil oldu. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, qərar bugün Ukrayna parlamenti tərəfindən qəbul edilib.

Qərarda bildirilir: "Krım hüquqi subyekt kimi Rusiya Federasiyasının tərkibinə daxil olsun".

Xatırladaq ki, Krımın statusunun müəyyənləşdirilməsi üçün 16 mart tarixində referendum keçirilməsi nəzərdə tutulub. Referendumda "Krımın Rusiya Federasiyasına birləşməsinə razısınızmı" sualı qaldırılacaq.