Azərbaycan Türkiyədən hərbi helikopter almaq istəyir

6 Mart 2014 11:02 (UTC+04:00)

Azərbaycan Türkiyədə hərbi sənaye sahəsində fəaliyyət göstərən "Roketsan" şirkətinin istehsalı olan "Mızrak-U" hərbi helikopterlərini almaq istəyir. SİA bu barədə türk mətbuatına istinadən xəbər verir. "Mızrak-U" hərbi helikopterlərini Azərbaycanla yanaşı, Pakistan da almaq niyyətindədir.

Qeyd edək ki, martın 3-də "Mızrak-U" seriyasının modernləşdirilmiş "Atak" hərbi helikopterlərinin uçuş və hədəfi məhv etmə sınaqları keçirilib və sınaqlar uğurla başa çatıb.

"Mızrak-U"nun "Atak" helikopterində tank əleyhinə raket sistemi quraşdırılıb. Yeni "Mızrak-U"nun raket sistemi 8 kilometrə qədər məsafədə hədəfləri vurmaq gücünə malikdir.

Helikopterlərin kütləvi istehsalına 2015-ci ildə başlanması nəzərdə tutulur.