Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub. SİA-nın xəbərinə görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunsun. Prezident həmçinin İqtisad Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verib. Sərəncama görə Ədalət Muradov İqtisad Universitetinə yeni rektor təyin edilib.
Məlumat üçün bildirək ki, Ə. Muradov İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb. İqtisadiyyat elmlər doktoru olan Ə. Muradov Kiyev Dövlət Universitetinin məzunudur.
