24-cü turun rəmzi komandası

5 Mart 2014 13:38 (UTC+04:00)

Topaz Premyer Liqasında 24-cü turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı - Kamal Bayramov (Rəvan)

Müdafiəçilər - Ansi Aqolli (Qarabağ), Yohan Bokonyano (İnter), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər - Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc (Qarabağ)

Hücumçular - Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter)

Turun ən yaxşı oyunçusu isə "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldodur.