Ukraynanın baş naziri Avropa Birliyinin dövlət başçılarının fövqəladə toplantısında iştirak edəcək

5 Mart 2014 13:16 (UTC+04:00)

Ukraynanın baş naziri Arseniy Yaçenyuk Avropa Birliyinin dövlət başçılarının fövqəladə toplantısında iştirak edəcək. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda baş nazirin özü deyib.

"Sabah Avropa Birliyinin dövlət başçılarının fövqəladə toplantısı keçiriləcək və iştirakımla bağlı dəvət almışam" – deyə o bildirib.

O, həmçinin, vurğulayıb ki, avropalı tərəfdaşları yaxın vaxtlarda Ukrayna üçün maliyyə yardımının ayrılması haqqında qərar verəcək.