Rusiya qitələrarası raket sınaqları həyata keçirib

5 Mart 2014 11:43 (UTC+04:00)

Rusiyada qitələrarası raket sınağı həyata keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi Strateji Raket Qüvvələrinin sözçüsü İqor Egorov "РС-12М Topol" adlı qitələrarası raketin Həştərxan vilayətinin "Kapustin yar" poliqonunda sınaqdan keçdiriyini açıqlayıb.

Sınağın uğurla başa çatdığını deyən Egorovun sözlərinə görə, raket Qazaxıstanın "Sarı-Şağan" poliqonundakı hədəfi tam dəqiqliklə vurub: "Vladimir Putinin əmri ilə rus ordusunun hərbi qabiliyyəti yoxlanılır. Bu məqsədlə təşkil edilən manevrlərə 150 min əsgər, 90 hərbi təyyarə, 120-dən çox vertolyot, 880 tank və 1 200 hərbi vəsait cəlb olunub".