ATƏT Ukraynaya müşahidəçi göndərir

5 Mart 2014 10:23 (UTC+04:00)

ATƏT Ukraynaya bir qrup müşahidəçi göndərir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə qərar ötən gün Vyanada ATƏT-ə üzv olan ölkələrin toplantısında verilib.

Müşahidəçilərin bu gün Ukraynaya gedəcəyi bildirilir. Onlar Krım yarımadasında silahlı qüvvələrin hərəkətlərinə aydınlıq gətirəcəklər.

Qeyd olunur ki, hərbi müşahidəçilərin tərkibinə iki zabit daxil edilib. Lakin müşahidəçilərin Krım yarımadasında qəbul olunub-olunmayacağı hələ ki, məlum deyil.

Qeyd edək ki, bu gün Brüsseldə NATO ilə Rusiya arasında keçiriləcək danışıqlarda Ukraynada baş verən hadisələr əsas müzakirə mövzusu olacaq.