Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının tarixi məlum olub. SİA-nın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
Onun sözlərinə görə, martın 14-də keçiriləcək iclasda ilk olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin illik məruzəsi təqdim olunacaq.
Qeyd edək ki, bununla bağlı millət vəkillərinə yekun sənədlər təqdim olunub.