Günayın Zaurun belinə "minməsi" nə dərəcədə doğrudur?

3 Mart 2014 13:55 (UTC+04:00)

"ATV"də Zaur və Günay Baxşəliyevlərin təqdimatında yayımlanan "Məni yarımdan soruş" verilişinin görüntüləri yayımlanıb. Bu axşam saat 21:40-da yayımlanacaq veriliş indidən söz-söhbətlərə yol açıb.

Belə ki, Zaur və belində əyləşən Günay Baxşəliyevanın bu görüntüsü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Efirdə bu tip halların, xüsusilə arvadın efirdə ərinin belinə minməsi nə dərəcədə doğrudur?

Xatırladaq ki, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar, millət vəkilləri tərəfindən bu tip verilişlərə dəfələrlə təpki göstərilib və qınanılıb.