"Rəsul Quliyev də, Əli Kərimov da, İsa Qəmbərov da bu xalqa qarşı törətdikləri cinayətlərə görə üzr istəməli və cəzalarını almalıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rəsul Quliyevin ölkənin müxalifət partiyaları rəhbərlərinin postlarını tərk etməsinin vaxtı çatdığı ilə bağlı fikirlərinə münasibət bildirərkən söyləyib.
Hafiz Hacıyev qeyd edib ki, Rəsul Quliyev ABŞ-da oturub, boş-boş danışır: "Rəsul Quliyev özü də İsa Qəmbərov və Əli Kərimov kimi xalqa xəyanət edib. İndi də gedib oturub ABŞ-da boş, mənasız danışmaqla məşğuldur. Belə insanlar Azərbaycan xalqının mənafeyini düşünmürlər. Buna görə də xalq hər zaman belə insanlara qarşı çıxacaq".
Cahid Süleymanov