Budur Əli Kərimlinin xisləti!

1 Mart 2014 13:21 (UTC+04:00)
"Sizi əmin edirəm ki, həbslərlə heç nəyə nail ola bilməyəcəksiniz". Bu sözləri AXCP sədri Əli Kərimli bir sıra "cəbhəçinin" müxtəlif səbəblərə görə müəyyən həbs cəzası almalarına münasibətini bildirərkən daxilindəki xəbisliyini gizlədə bilməyərək üzə çıxarıb. Üzə çıxarmağına çıxarıb, amma sosial şəbəkədəki "bəyanatında" hansı "sübutları", "arqumentləri" ortaya qoyaraq…

Demə, Xocalı soyqırımının 22-ci ildönümündə "Ana fəryadı" abidəsi qarşısında insan selinin diqqətini cəlb etmək üçün şüarlar səsləndirmək lazımıymış. Çünki haralardansa Əli Kərimliyə bu cür təlimat verilib və "cəbhəçilər" də Əli Kərimlidən də bu cür təlimat alıb.

Əlbəttə ki, Kərimliyə siyasi "perspektiv" Xocalı şəhidlərinin xatirəsinin anılmasından daha artıqdır. Ona görə də, özü kimilərinə söz yox ki, boğazdan yuxarı "Şəhidlər özlməz, Vətən bölünməz", ya da "Qarabağa azadlıq" şüarlarını çağırmağı tapşırıb.

Bu zaman sual yaranır ki, əcəba, Əli Kərimlinin nəzrətində olan "Azadlıq" qəzeti bu vaxta qədər nəyə görə bir dəfə də olsun Qarabağ probleminə dair yazı və məqalələr vermir, dərc edəndə də həmin yazı və məqalələr üçüncü, beşinci plana salınır?!

Məsələ aydındır. Əli Kərimlini nə Qarabağ problemi, nə də şəhidlərin ruhu maraqlandırmır. Onu maraqlandıran sadəcə və sadəcə AXCP adlı siyasi qurum vasitəsilə özünə siyasi divident qazanmaqdır ki, bu da onun xidmət göstərdiyi xarici ağalarının sayəsində baş verir.

Bu baxımdan, Əli Kərimlinin "Milli Şura" təmsilçiləri ilə "Ana fəryadı" abidəsi önündə çığır-bağır salmasından təəccüblənməyə dəyməz. Bir də ki, onların siyasi artistizmi, inanın ki, ətrafda kimsənin marağına tuş gəlmədi. Çünki həmin günü xalq bunlardan fərqli olaraq Xocalı şəhidlərinin ruhunu anırdı!

Əslində, Əli Kərimlinin xislətini, ucuz populizmini yenə də ona məxsus "Azadlıq" qəzetində axtarmaq lazımdır. Diqqət yetirək, "Azadlıq" qəzeti həmin günün səhəri yazır: "…Həbs olunan partiya üzvləri fevralın 26-da Xocalı abidəsini ziyarətdən qayıdan AXCP sədri Əli Kərimliyə polisin hücumu zamanı (?!-R.N.) onun müdafiəsində aktivlik etmiş şəxslərdir".

Belə çıxır ki, günah Xocalı şəhidlərinin anım mərasiminə hörmət əlaməti olaraq "Ana fəryadı" abidəsini sükutla ziyarət edən xalqda imiş və heç də "Milli Şura"nın başbilənləri Əli Kərimli ilə Cəmil Həsənlinin burada günahları-filanı da yox imiş?!

Bax, bu kimi iddiaları dolayısı ilə ortaya atan AXCP sədri reallıqda hansı kateqoriyalı "insan" olduğunu üzə çıxrmış oldu. Yəni, təxribat törətməyə cəhd etdi və bir neçə "cəbhəçi" həbs olundu, indi də başlayıb öz günahlarını dövlətin, hakimiyyətin üzərinə yıxmağa. Necə deyərlər, adımı sənə qoydum, səni də yanana!

Hələ bu da azmış kimi, bir neçə "cəbhəçinin" sutkalıq həbsini apardı Ukrayna hadisələrinə (?!-R.N.) bağladı ki, artıq burada Əli Kərimlinin nə qədər rəzil, utanmaz, arsız, rüsvayçı və istifadəçi ünsür olması barədə uzun-uzadı mülahizələr irəli sürməyə də ehtiyac qalmır.

Və sən demə, Xocalı şəhidlərinin ziyarətinə axın edən on minlərlə insan "cəbhəçiymiş", ya da "şurəvi".

"Xocalı ziyarətində yaratdığımız izdiham isə bunları (guya hakimiyyəti –R.N.) isterika həddinə çatdırıb. Həbslərə göstəriş verilib" – deyə türklər demişkən, iddiada bulunan Əli Kərimli "aşağılığı" ətrafındakı ikiayaqlı çaqqalları xalq kimi təqdim etməyə cürət edib. Ancaq belə cürətlərin haraya qədər gedəcəyini biz – mətbuat təmsilçiləri deyil, məhz xalq amili müəyyənləşdirəcək. Çünki son sözü nə Əli Kərimli, nə Cəmil Həsənli, nə də onların güvəndikləri xarici dairələr demir. Son sözü XALQ deyir!