Tanınmış saksofonçunun yubileyi qeyd ediləcək

1 Mart 2014 10:44 (UTC+04:00)

Saksofonçu Rafiq Seyidzadənin 75 illiyinə həsr edilmiş gecə keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Rafiq Seyidzadə Azərbaycan caz musiqisinin veteranı, "Humay" milli mükafatı laureatıdır. O, 1986-1998-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru olub. Daha sonra isə Azərbaycan Dostluq Evinə rəhbərlik edib.

Qeyd edək ki, yubiley gecəsi martın 3-də, saat 19:30-da Bakı Caz Mərkəzində baş tutacaq.