Mustafa Sandal Bakıda konsert verəcək

28 Fevral 2014 14:15 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gələcək. SİA-nın məlumatına görə, sənətçi paytaxtımızda konsert proqramı ilə çıxış edəcək.

Nəzərinizə çatdıraq ki, Mustafa Sandal "All my life", "Moonlight", "İsyankar", "Araba" kimi mahnıların müəllifidir.

Qeyd edək ki, sənətçi aprelin 5-də Heydər Əliyev Sarayında solo konsert verəcək. Bu, müğənninin Bakıda ilk konserti olacaq.