Ramal Əsədzadə “Vətən xaini” çıxdı? AÇIQLAMA

28 Fevral 2014 13:47 (UTC+04:00)

Deyilənlərə görə, müğənni Ramal Əsədzadə Xocalı soyqırımı günü erməni toyunda oxuyub. Hətta sənətçiyə "Vətən xaini" adını veriblər.

Məsələ ilə əlaqədar olaraq, Ramalın özü ilə əlaqə saxladıq. İfaçı SİA-ya açıqlaması zamanı həmin el şənliyində olmadığını bildirdi: "Mən 26 fevralda Naxçıvan Muxtar Respublikasındaydım. Onu da deyim ki, mən getdiyim toyların kimlər tərəfindən təşkil olduğunu bildikdən sonra həmin el şənliyinə qatılıram. Mümkünsüzdür ki, ermənilərin olduğu məclisdə mən də iştirak edim. Çünki mənim damarlarımda azərbaycanlı qanı axır. Sözügedən videoda ancaq bəstəm səslənir. Adımdan istifadə edən insanlara isə ayıb olsun".