Barselonada keçirilən "MWC" sərgisinin təşkilatçısı "GSM (GSMA)" assosiasiyası 40 nominasiyada qalibləri mükafatlandırıb. Sərgidə "Ən yaxşı smartfon" və "ən yaxşı planşet" nominasiyaları daha böyük maraq kəsb edib.
Münsiflər heyəti növbəti dəfə Tayvan istehsalçılarının xidmətini qiymətləndirib və "HTC One" ilin ən məşhur "ağıllı" telefonu elan edilib.
Bildirilir ki, "GSMA" təşkilatı smartfonun nəfis dizaynını və istifadəçi interfeysini xüsusi qeyd edib.
"Ən yaxşı planşet" nominasiyasında "iPad Air" ən yaxşı planşet elan edilib və ucuz smartfonlar arasında "Nokia Lumia 520"-nin tayı-bərabəri olmayıb. Ən yaxşı mobil telefon "Nokia 105" assosiasiyanın versiyasına görə, ən innovativ şirkət isə "LG" olub.