"Televiziyalarda cinçıxarma oyunları, ailədaxili ziddiyyətlərin efirlərdə bu dərəcədə qabardılmasına münasibətim çox pisdir. Onlar bununla şər qüvvələri reklam edirlər". Bu fikirləri SİA-ya açıqlamasında tanınmış astroloq Hacı Firudin Qurbansoy bildirib.
Televiziyalarda psixi problemi olan insanların xəstəliyindən istifadə edib onları "cinçıxarma oyunu"nun bir parçasına çevirən verilişlərə münasibət bildirən F.Qurbansoy deyib ki, televiziyalar şər qüvvələri reklam etməklə nə qazanırlar, bilmirəm: "Maddiyyata görə hər şeyə getmək olmaz. Bu tipli verilişlər xalqın mənəviyyatına böyük zərbə vurur. Onlar bu cür vasitələrlə insanları əqidələrindən döndərərək şeytanın yoluna çəkirlər".