Milinko Pantiç: "Rəqibi hər cəhətdən üstələdik"

24 Fevral 2014 13:35 (UTC+04:00)

Topaz Premyer Liqasının 23-cü turunda "İnter"lə "Bakı" paytaxt derbisində qarşılaşıb. Siasport.az saytının məlumatına görə, hərəyə bir dəfə fərqlənən tərəflər oyundan "sülh"lə ayrılıblar - 1:1. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Bu cür oyundan sonra nə deyəcəyimi bilmirəm. Tarix yenə təkrarlandı. Bu oyunda 2 xal itirdik. Əsas heyətin bəzi oyunçuları yox idi, lakin 5 təmiz qol epizodu yaratdıq. Rəqib isə bir dəfə qapımıza doğru gəldi və onda da qol vurdu. Rəqibi hər cəhətdən üstələdik, oynamaq istəmirlərsə, nə edə bilərik? Rəqib məşqçinin taktikasına hörmətlə yanaşıram. Çempionat asan deyil, "Sumqayıt" "Neftçi"ni məğlub etdi. Zəif rəqib yoxdur. Bütün futbolçularım igiddirlər".

Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Çox ağır və gərgin oyun oldu. Oyunun məzmunundan narazı qaldım. Bu oyunda mütləq qələbə qazamalıydıq. Lakin göstərdiyimiz oyuna görə qələbəyə layiq deyildik. Bəzi oyunçulara iradım var. Qarşıda çətin səfər oyunumuz var. Rəqib məşqçinin fikirlərini şərh etməyəcəm, ona fikir vermirəm".