Chinanews.com. saytında xəbər verilir ki, Çinin Nannin şəhərindən (Quansi-Çjuan muxtar mahalı) olan Çjou soyadlı kimyaçı öz eyvanında köhnə mobil telefonlardan qızıl əldə edir.
2008-ci ildə Çjou yerli kimya institutunu tərk etmiş və öz mənzilində qızılçıxarma laboratoriyası yaradıb. Çjounun dediyinə görə, bu iş çox faydalı ola bilər, belə ki, köhnə mobil telefonlardan təkcə qızıl və gümüş deyil, həm də qiymətləri gündən-günə artan mis və qalay kimi digər qiymətli metallar əldə etmək mümkündür.
Çjou, həmçinin qeyd edib ki, məhz köhnə telefonlardan daha çox – hər telefondan təqribən 1 qram qızıl çıxarmaq olar. Çjounun fikrincə, yeni telefonlardan "Nokia" şirkətinin mobil telefonlarında daha çox qızıl var. Kimyaçı bu işə baş qoşmaq istəyənləri xəbərdar edib ki, onun təcrübəsini təkrarlamasınlar, çünki qızılı hasil edərkən zəhərli maddələr əmələ gəlir.