Elariz Məmmədoğlunun yeni bacarığı ortaya çıxdı

20 Fevral 2014 12:34 (UTC+04:00)

Müğənni Elariz Məmmədoğlu yeniliklərindən danışıb. Sənətçi yeni albomunun ərsəyə gəldiyini söyləyib: "Bu haqda SİA-ya məlumat verən Elariz yeni klipinin də işıq üzü gördüyünü dilə gətirib: " "Yeddi mahnı" adlı diskimi sevənlərimə təqdim etmişəm. Albomun içərisində 7 bəstə olduğu üçün adı "Yeddi mahnı" adlanır. Diskdə olan 7 nəğmənin sözləri və musiqisi mənə məxsusdur. Eyni zamanda "Sevgi nağılı" adlı mahnıya ekran işi verilib. Klipin rejissoru isə Rəhman Əliyevdir. Ekran işində 3 aktyor Elnur Kərimov, İlyas Əhmədov və Aynur Abbasova iştirak edib".