Qurban Qurbanov: "Rəvan" hər bir komanda üçün çətin rəqibdir”

20 Fevral 2014 10:39 (UTC+04:00)

Topaz Premyer Liqasının 22-ci turunda "Qarabağ" səfərdə autsayder "Rəvan"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, ilk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmada Ağdam təmsilçisi ikinci hissədə əvəzetmədən meydana daxil olan Leroy Corcun iki qolu ilə qələbəyə sevinib - 2:0. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Əla oyun alındı. İlk hissədə oynamaq çətin idi, buna baxmayaraq öz oyun üslubumuzu davam etdirdik və 3 xalı qazandıq. "Rəvan" hər bir komanda üçün çətin rəqibdir".

Güvenc Kurtar, "Rəvan" klubunun baş məşqçisi: "Qarabağ" çox yaxşı komandadır. Oyundan öncə rəqibi yaxşı təhlil etmişdik. Təəssüf ki, məğlub olduq".