"Bavariya" və "Real"dan təklif alsam "Qalatasaray"ı tərk edəcəm"

18 Fevral 2014 10:04 (UTC+04:00)

İstanbulun "Qalatasaray" futbol klubunun bosniyalı forvardı İzet Hajroviç maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun yeni transferi, "Əl-Cəzirrə"-yə verdiyi açıqlamada bildirib ki, yalnız "Bavariya" və "Real Madrid" kimi komandalardan təklif alacağı təqdirdə "Qalatasaray"ı tərk edə bilər: "Mən "Qalatasaray"ı dünyanın 20 ən yaxşı komandasından biri hesab edirəm. Bu komandanın potensialı da buna tam imkan verir. Məni müsəlman olduğum üçün deyil, oynadığım oyuna görə transfer ediblər. Futbol koryeramı elə "Qalatasaray"da başa vurmaq istərdim. Sözsüz ki, "Bavariya" və "Real" kimi komandalardan təklif gələrsə komandanı o zaman tərk edə bilərəm."