ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Türkiyəyə səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə diplomat öz "Twitter" səhifəsində qeyd edib.
"Bu gün Ankaraya gedirəm. Türkiyənin mövqeyini dinləməyi səbirsizliklə gözləyirəm"- deyə o, bildirib.
Xatırladaq ki, fevral ayının əvvəllərində ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana və Ermənistana səfər ediblər.