Türk və yapon mühəndislərinin istehsal etdiyi "Türksat 4A" süni peyki bu gün gecə Türkiyə vaxtı ilə saat 23.09-da Qazaxıstandakı Baykonur bazasından havaya qaldırılacaq. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, nəqliyyat dənizçilik və telekommunikasiya naziri Lütfi Əlvan da süni peykin havaya qalxması prosesini izləyəcək.
Süni peyk təxminən 9 saat sonra raketindən ayrılaraq, dünyanın ətrafında fırlanmağa başlayacaq. 9 saat 13 dəqiqədən sonra süni peykdən ilk siqnalın alınacağı planlaşdırılır.
"Türksat 4A" sayəsində Türk televiziya və radio kanallarının yayımları, Avropa və Asiyadan sonra Afrikada da izlənə biləcək.